İQTİSADİYYAT


Gəmi təmirçilərinə yubiley medalları təqdim olunub

Bakı, 3 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif edilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun işçilərinə və Donanmanın veteran əməkdaşlarına medalların təqdimetmə mərasimi keçirilib.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, ASCO-nun sədri Rauf Vəliyevin sərəncamına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülən dənizçilərə medalları “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılov təqdim edib. O, təltif olunan dənizçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.