Gənc Liderlər üçün Qış Universiteti”nin dördüncü günü başa çatıb
AzerTAg.az
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində baş tutan "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümü davam edir.
Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
"Qış Universiteti"nin dördüncü günündə “Axtar, tap” oyunu təşkil olunub. Layihə iştirakçıları Naftalan şəhər Heydər Əliyev Parkında hazırlanmış məntiqi suallara cavab taparaq birincilik uğrunda mübarizə aparıblar. Komandaların nəticələrinə əsasən, “Beta” birinci, “Alfa” ikinci, “Qamma” isə üçüncü yer tutub.
Gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Consensus Intellectual Center”in rəhbəri Azad Manaflının moderatorluğu ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Nəticələrə əsasən, “Qamma” birinci, “Beta” ikinci, “Delta” və “Alfa” isə eyni nəticə ilə üçüncü yeri tutub.
Günün irəliləyən saatlarında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı ilə layihə iştirakçıları arasında “Açıq mikrofon” adlı səmimi görüş baş tutub. Görüş zamanı gənclərin fikir və təklifləri dinlənilib, çoxsaylı sualları cavablandırılıb.
Günün sonunda DJ-nin müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.




Xəbərin mətnində orfoqrafik səhv var