İDMAN


Gənc alim və mütəxəssislərin ikinci futbol çempionatının qrup oyunlarına start verilib

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı, bu qurumun işlər idarəsinin və Azad Həmkarlar İttifaqının dəstəyi ilə gənc alim və mütəxəssislərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən ikinci futbol çempionatına start verilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində GAMŞ-nin sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov çempionatın ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilməsinin təsadüfi olmadığını söyləyib, Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda bütün sahələrdə, o cümlədən idmanda qazanılan nailiyyətləri xüsusi vurğulayıb. Qeyd edilib ki, son illər bu sahədə əldə olunan uğurlar, eləcə də Bakının bir sıra beynəlxalq statuslu idman yarışlarına, həmçinin ölkəmizdə keçiriləcək “Bakı – 2015” ilk Avropa Oyunlarına ev sahibliyi etməsi Ümummilli Liderin siyasi xəttinin məntiqi davamıdır.

Sonra AMEA işlər idarəsi müdirinin müavini Sərdar Əliyev, Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev və digər çıxış edənlər komandalara uğurlar arzulayıblar.

AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan açılış oyununda ilk olaraq meydana I Futbol Çempionatının qalibi Geologiya və Geofizika İnstitutunun komandası ilə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun komandası çıxıb. Riyaziyyat və Mexanika, İqtisadiyyat, Genetik Ehtiyatlar, İnformasiya Texnologiyaları, Fizika institutları, Təcrübə-Sənaye Zavodu və elmi-tədqiqat müəssisələrinin komandaları qrup oyunlarında mübarizəyə qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.