MƏDƏNİYYƏT
Gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 30-da “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, “Art Tover” rəsm qalereyasında təşkil ediləcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.
Sərginin kuratoru Türkan Cəfərzadədir.
“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.
Sərgi mayın 1-dən 18-dək ziyarətçilər üçün açıq olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]