Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Gəncə: uydurmalar və reallıqlar
Gəncə şəhərinin 4000 il yaşı və orada yeraltı fayton yolları yoxdur

Xalqımızın zəngin maddi mədəniyyətinin müəyyən bir dövrünü qoynunda qoruyub saxlamış Gəncə şəhəri qədim və kəşməkəşli tarixi ilə bu gün də tədqiqatçıların diqqət mərkəzindədir.

Gəncə şəhərində və ətraf ərazilərdə aparılan arxeoloji qazıntılar onun tarixinə dair qiymətli faktları üzə çıxarmağa imkan verir. Antik və İlk orta əsrlər Gəncəsinin yeri hesab edilən “Şəhər burnu”nda aparılan arxeoloji tədqiqatların nəticələri burada şəhər mədəniyyətinin hələlik tam şəkildə iki minillik bir dövrünü öyrənməyə şərait yaradır. İndiki “Şəhər burnu” adlandırılan yerdə vaxtilə şəhərin olması haqqındakı ən qədim məlumatlara romalıların (Kastariya) IV əsrdə tərtib etdikləri xəritədə rast gəlinir. Həmin xəritədə indiki Gəncənin yerində IV əsrdə Laso adı ilə tanınan yüksək dərəcədə inkişaf etmiş bir şəhərin olduğu göstərilir. 371-387-ci illərdə Qafqaz Albaniyasının bəzi vilayətlərinin Romanın müvəqqəti təsiri altında olduğunu nəzərə alsaq, onda Laso adının necə yarandığı da aydınlaşar. Belə bir ada Musa Kalankatlının “Alban tarixi” əsərində də rast gəlinir və onun Bərdə yaxınlığında iri yaşayış məntəqəsi olduğu bildirilir. Yüksək inkişaf etmiş şəhərin formalaşması üçün ən azı 300-400 il vaxt tələb olunduğunu nəzərə alsaq, onda arxeoloji qazıntıların nəticələri ilə yazılı məlumatların da bir-birini tamamladığını aydın görərik.

Lakin təəssüflər olsun ki, Gəncə şəhərinin tarixinə dair real faktlardan uzaqlaşaraq internet saytlarında, nüfuzlu qəzetlərdə (“Elm” qəzeti, 15 mart 2013-cü il), bəzi tədbirlərdə həqiqətdən uzaq, həm Azərbaycanın, həm də onun ayrılmaz guşəsi olan Gəncənin tarixinə ləkə ola biləcək yalanlar söylənilir. Bunun üçün hətta “saxta arxeoloqlardan və tarixçilərdən” istifadə edilir.

Məsələn, “Elm” qəzetinin 15 mart 2013-cü il tarixli nömrəsində (səh. 2) “ABŞ-ın Smitson İnstitutunun Milli Muzeyinin rəhbəri AMEA Gəncə bölməsində olmuşdur” sərlövhəli məlumatda bildirilir ki, professor P.M.Teylor XVI əsrdə salınmış Gəncənin ikimərtəbəli yeraltı yolları ilə tanış olmuş, ilk dəfə olaraq yeraltı muzeyin yaradılması ilə bağlı təklifləri dəstəkləmişdir”.

Əvvəla, qeyd edək ki, I Şah Abbas Gəncə şəhərini 1606-cı ildə, yəni XVII əsrdə tutmuş və yeni şəhər saldırmışdır. Digər tərəfdən çox təəssüf edirəm ki, ABŞ-ın Smitson İnstitutunun Pol Teylor kimi bir professoru var. Çünki əgər o, professor olsaydı və arxeologiyanı bilsəydi onda dərk edərdi ki, “ikimərtəbəli yeraltı yol” olmur. Ancaq bəlkə də günah Pol Teylorda deyil, onu dəvət edənlərdədir. Çünki Pol Teylor ixtisasca bioloqdur, Afrikada cücüləri, qarışqaları, bir sözlə, həşəratları öyrənir. Azərbaycanda isə bizneslə məşğuldur.

O ki qaldı Gəncədəki yeraltı yollara, Gəncə arxeoloji ekspedisiyasının fəaliyyətini araşdırmaq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, akademik M.Kərimovun tapşırığı əsasında 2012-ci il iyunun 19-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru M.Rəhimovanın əmri ilə yaradılmış, tərkibində akademiyanın müxbir üzvü, tarix elmlər doktoru, professor Vəli Əliyev, tarix elmləri doktoru Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Abuzər Ələkbərov, Bəxtiyar Cəlilov və Müzəffər Hüseynovun olduğu komissiya öz yekun rəyində bildirmişdir ki, “Qeyd olunan ərazidə heç bir yeraltı yoldan söhbət gedə bilməz. Yeraltı yol kimi təqdim olunan qurğular əslində əski binaların bir neçə mərtəbədən ibarət zirzəmiləridir” (Arayış 20 iyun 2012-ci il, səh. 4).

Xatırladaq ki, bu, 1817-1818-ci illərdə Gəncə və onun ətraf ərazilərində alman koloniyalarının yaranması, üzümçülüyün inkişafı və şərab saxlanması üçün bir neçə mərtəbəli zirzəmilərin tikintisi ilə əlaqəlidir. Gəncə şəhərinin altından üç istiqamətə gedən yollar var – deməklə də yanlışlığa yol verilir. Çünki onlar şəhəri üç istiqamətdən su ilə təmin edən kəhriz quyularıdır. Onların aralarındakı məsafə 25 metr olmaqla, başlanğıcda dağlardan mənbəyini götürdüyü yerdə dərinliyi 40 metr, sonda isə 16 metrdir. Məsafənin 25 metr götürülməsi, görünür, qazıntı zamanı torpağın daşınmasının mümkünlüyü və havalanma nəzərə alınaraq seçilmişdir.

Tikintinin memarlıq quruluşu da onun XIX əsrə aid olduğunu söyləməyə əsas verir.

Gəncədə belə yanlış fikirlər tez-tez söylənilir. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasına 2012-ci il avqustun 17-də göndərilmiş 03/454 nömrəli məktubda arxeoloq İ.Cəfərzadənin və əcnəbi arxeoloqların Gəncə ətrafında apardıqları arxeoloji qazıntıların nəticələrinə əsasən burada şəhər mədəniyyətinin “üç min illik” tarixinin olduğu göstərilir.

Xatırladaq ki, Gəncə şəhərinin tədqiqatçılarından olan M.M.Altman, V.V.Bartold, Mirxond və başqaları IX əsrdən əvvəlki Gəncə haqqındakı məlumatları Cənubi Azərbaycanın “Təxti-Süleyman” şəhərinin yerindəki Gəncə ilə əlaqələndirirlər. Arxeoloq İshaq Cəfərzadə isə XIV əsr müəllifi Həmdullah Qəzviniyə və apardığı arxeoloji qazıntıların nəticələrinə əsasən Gəncə şəhərinin salınmasını VII-IX əsrlərə aid edir. Əcnəbi müəlliflər əsasən Gəncə ətrafındakı qəbir abidələrini qarət etməklə məşğul olmuş və onların tədqiqatlarında şəhərin üç min illik tarixinə dair heç bir fakt aşkarlanmamışdır.

1961-ci ildə Gəncə dəmiryol stansiyasının yaxınlığında arxeoloji tapıntılar da antik deyil, orta əsr materiallarıdır, hər yerdə digər orta əsr maddi mədəniyyət qalıqları ilə qarışıq şəkildə tapılır və XII-XIII əsrlərdə Gəncənin İntibah mədəniyyətinin mərkəzi olması ilə əlaqəlidir.

Yaxud, yenə həmin məktubda bildirilir ki, “Ola bilməz ki, XII əsrdə İntibah mədəniyyətinin mərkəzi olan Gəncədə şəhər mədəniyyətinin üç min illik yaşı olmasın”. Bununla əlaqədar olaraq bildiririk ki, XII əsrdə Gəncə təkcə müsəlman intibahının deyil, həm də xristian alban intibahının mədəniyyət mərkəzi idi. Müsəlman intibahının Nizami Gəncəvi, Əbül-üla Gəncəvi, Qivami Gəncəvi, Ömər Gəncəyi, Əbu Bəkr Gəncəyi, Məhsəti (Rəziyyə) Gəncəvi, xristian alban intibahının isə Kirokos Gəncəli, Mxitar Qoş, Böyük Vardan və digər nümayəndələrinin Gəncə şəhərində yaşayıb-yaratmalarında Bərdə ədəbi mühitinin böyük təsiri olmuşdur.

X əsrdə Bərdə şəhərinin slavyanlar tərəfindən dağıdılmasından sonra mərkəzin Bərdədən Gəncəyə köçməsi ilə Yaxın və Orta Şərqin ən mötəbər ali məktəblərində təhsil almış bərdəli alimlərin də yeni mərkəzə axını başlayır. Nəticədə Gəncədə əhalinin sayının birdən-birə artması ilə bərabər, həm də yeni ziyalı nəsli yetişir. 1139-cu il zəlzələsi zamanı Gəncədə 500 minə qədər əhalinin yaşaması da bu axınla əlaqələndirilməlidir.

Yəqin ki, bütün bunları nəzərə alan Nizami Gəncəvi də Gəncədə yaşayıb yaratdığı halda, Bərdə mühitindən bəhrələndiyini nəzərə alaraq öz şeirlərində bu şəhərin üstünlüklərindən bəhs edirdi.

Elə həmin məktubda ən qədim qəbiristanlıqlardan olan Səbzkarın (Göyərti becərənlər) cəmi 300 yaşının olduğunu söyləməklə müəlliflər öz fikirlərinin üstündən xətt çəkirlər.

Yaxud son günlərdə guya Gəncədən 5 (beş) min illik tarixi olan numizmatik materialların aşkarlanması haqqında fikirlər söylənilərkən, həmin pulların üstünü oxumağın mümkün olmadığını düşünürdülər. Əslində yaddan çıxarırdılar ki, üstü paxır bağlamış həmin pulları asanlıqla təmizləmək və oxumaq mümkündür. 5000 min il bundan əvvəl dünyada puldan istifadə edilmirdi. 5000 min il bundan əvvəl Gəncədə hansı dövlət olub? Onun hökmdarı kim idi? Pullar kimin adına kəsilib?

2010-cu ildə “Gəncə şəhərinin aktual problemləri” (Gəncə, 2010, s. 52; s. 314 və s.) mövzusunda keçirilmiş ikinci elmi-praktik konfransın materiallarında da şəhərin üç min illik tarixi və yeraltı yollarla bağlı fikirlər söylənməmişdir. Hətta gəncəli alimlərin özləri belə Gəncənin ən tezi V-VI əsrlərdə salındığı qənaətinə gəlir, şəhərin tarixinə dair xronoloji baxımdan dolaşıq və əsassız fikirlər söyləyirlər.

Çünki əgər 2010-cu ilədək aparılmış tədqiqatlarda bu faktlar aşkarlansaydı, şübhəsiz həmin faktlar hökmən konfransda qeyd edilərdi.

Bu cür uydurmalara erməni “müəllifləri”nin əsərlərində də kifayət dərəcədə rast gəlinir ( “Taynı Qandzaka (Kirovabada i Severnoqo Artsaxa)”, Москва, 1998 və s.). Təəccüblüdür: bu cür yalanları uyduranlar kimi aldatmaq istəyirlər?

1989-cu ildən Gəncəbasar, 2005-ci ildən Gəncə arxeoloji ekspedisiyasına rəhbərlik edirəm. “Gəncə və onun ətrafının tarixi-arxeoloji tədqiqi (Ən qədim zamanlardan – XIX əsrə qədər)”, “Gəncə antik və ilk orta əsrlərdə”, “Gəncə şəhərinin yaranması və yerdəyişmələrinə dair”, “Gəncə arxeoloji abidələrinin öyrənilməsi tarixi”, “Gəncə toponiminə dair mülahizələr”, “Erməni “alim”lərinin Gəncə tarixinə dair uydurmaları”, “Nizami və Həmidünya”, “Nizami Gəncəvinin əsərlərində maddi mədəniyyət motivlərinə dair” və s. kimi elmi əsərlərin müəllifiyəm.

Pol Teylora, xarici qonaqlara səxavət göstərənlər Gəncənin real tarixini əks etdirən adı çəkilən əsərlərin çapı üçün də vəsait ayırsalar təqdirəlayiq olardı.

İnternet saytlarında yerləşdirilən materiallarda Gəncənin 4000 illik yaşının olması haqqında layihənin müəlliflərinin İsmayıl Seragəldin, Vair Vike-Frayberq və Pol Teylov olduğu göstərilir. Lakin onların heç biri nə tarixçidir, nə də arxeoloqdur.

Elə həmin yerdə ən qədim Gəncənin Zurnabad qalasında olduğu göstərilir. Qalanın tikintisində istifadə olunan məhsuldan götürülən “analizin 4000 il bundan əvvələ aid olduğu” bildirilir. Əvvəla, həmin analiz tikintidə istifadə olunan əhəngin yaşını müəyyənləşdirir, qalanın yox. O ki qaldı Zurnabad qalasının tikilmə tarixinə Zurnabad qalasında 1938-ci ildə A.E.Paxomov, 1989-cu ildə A.M.Məmmədov arxeoloji qazıntılar aparmışlar və onun tikilmə dövrü 700-800 il bundan əvvələ, XII-XIII əsrlərə aid edilmişdir. 4000 il bundan əvvəl o cür qalaların tikintisi yox idi. Bundan əlavə, Zurnabad qalası orta əsr Gəncə şəhərinin feodal qalalarından biridir.

Lakin bunlar hələ son deyil. Bizim fikrimizcə, Gəncə şəhərinin daha qədim tarixini müəyyənləşdirmək üçün onun izlərini nə ABŞ-da, nə də dağlarda (Zurnabad kəndi) deyil, Azərbaycan SSR Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında” 1988-ci il 18 aprel tarixli 136 nömrəli qərarına əsasən elmi-tədqiqat müəssisəsi kimi təşkil olunmuş və 1482 hektar sahəni əhatə edən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində axtarılması yaxşı olardı. Hazırda isə qoruğun bir qismi şəxsi mülkiyyətə verilmiş, həyətyanı evlərin böyük bir hissəsi Gəncə şərab zavodunun üzüm bağlarının, bir hissəsi şəxsi təsərrüfata aid olan yonca, taxıl və qarğıdalı sahələrinin, bir hissəsi İmamzadə qəbiristanlığının, bir hissəsi dəmiryolçular üçün tikilmiş evlərin altında qalmış, əksər hissələr dağıdılmışdır. Yerdə qalan kiçik bir ərazidən isə Gəncə şəhərinin və vərəm dispanserinin suları axıdılır ki, bu da qızmar yay günlərində arxeoloji obyektin seçilməsini çətinləşdirir.

Digər tərəfdən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məxsus zəbt olunmuş elmi bazanın boşaldılmasına dair məhkəmə qərarı olsa da bu iş də bilərəkdən yubadılır və nəticədə arxeoloqların fəaliyyətinə böyük çətinliklər yaranır.

Gəncə şəhərində stasionar arxeoloji ekspedisiyasının fəaliyyətə başlaması üçün qədim Gəncənin tarixini qoynunda gizlədən Gəncə Dövlət Mədəniyyət Qoruğunun 1482 hektar sahəsi artıq yüklərdən azad edilməli və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məxsus baza institutun mülkiyyətinə qaytarılaraq Gəncə arxeoloji ekspedisiyasının istifadəsinə verilməlidir. Belə olduğu halda ekspedisiyanın normal fəaliyyətini təmin etmək və Gəncənin daha zəngin tarixini üzə çıxarmaq olar.

O ki qaldı Gəncədə, eləcə də Azərbaycanın digər istənilən bölgəsində arxeoloji tədqiqatlara, hesab edirəm ki, bu proses qanunvericiliyə uyğun olaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzarəti altında, ayrı-ayrı regionlar üzrə arxeoloji ekspedisiyaların rəhbərlərinin başçılığı ilə aparılmalıdır. Çünki kənardan gələnlərin avazı yaxşı gəlsə də, oxuyacaqlarının nə olacağı, bu tədqiqatların dövlət maraqlarımıza nə dərəcədə fayda verəcəyi məlum deyil. Elə ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində Naxçıvan Muxtar Respublikasında, Tovuzda, Ağcabədidə, Bakı-Tbilisi-Ceyhan boru kəməri xətti ilə aparılan arxeoloji qazıntılarda olduğu kimi, Gəncədə aparılan qazıntılar da AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun vəkalətnaməsi əsasında həyata keçirilməlidir.

Sonda bir daha bildirmək istərdim ki, Gəncənin doğrudan da təkcə gəncəlilərin deyil, bütün Azərbaycanın fəxr edə biləcəyi zəngin bir tarixi vardır. Bu tarixi reallıqları olduğu kimi təqdim etsək, onda nə “professor” Pol Teylor kimiləri bundan biznes məqsədilə, nə də torpaqlarımızın 20 faizini işğal etmiş bədnam ermənilər bu cür yalançı məlumatlardan Cənubi Qafqazın ən qədim əhalisi olan xalqımızın qədim tarixinə, zəngin mədəniyyətinə və dəyərli alimlərinə iftiralar yağdırmaq üçün istifadə edə bilməzlər.

Arif Məmmədov

Gəncə arxeoloji ekspedisiyasının rəhbəri,

tarix elmləri doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb