REGİONLAR


Gənclər Fondunun icraçı direktoru Mingəçevir gənclərinin qonağı olub

Mingəçevir, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC

Beynəlxalq Gənclər Günü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Mingəçevirin bir qrup fəal gənci ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı ilə “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi çərçivəsində keçirilən görüşdə Fərid Cəfərov gənclərə fondun fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar, görülən işlər və onları gözləyən yeniliklərlə bağlı məlumat verib.

Gənclərin suallarını cavablandıran icraçı direktor yaxın zamanda elan olunan və gənclər tərəfindən xüsusi marağa səbəb olan “İdeyanı reallaşdır – 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsinin istiqamətləri, layihələrin qiymətləndirilməsi mərhələlərindən danışıb.

Bugünkü gəncliyin vətənpərvər, inamlı və aktiv olduğunu deyən Fərid Cəfərov ictimai fəaliyyətlə məşğul olmağın üstünlüklərinə toxunub və 5-10 il əvvəl ilə müqayisədə bugünkü imkanların çoxluğuna, əlçatanlığına diqqət çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.