MƏDƏNİYYƏT


Gənclər Kitabxanası Cəfər Cabbarlının 120 illiyi münasibətilə tədbirlər planı hazırlayıb

Bakı, 13 fevral, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bir qrup əməkdaşı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, muzeyin direktoru Sevinc Mikayılova rəhbərlik etdiyi qurumun yaranma tarixi, ekspozisiyası, zalları, nadir eksponatları haqqında geniş məlumat verib. Bildirib ki, muzeyə hər gün məktəblilər, tələbələr, ziyalılar gəlir, əməkdaşlar tərəfindən bütün eksponatlarla yaxından tanış olurlar.

Muzeyin əməkdaşları Azərbaycan teatrının inkişafında rolu olan ədəbiyyat xadimlərinin bu sahədə xüsusi rolunu nümayiş etdirən bütün eksponatları təqdim etməklə yanaşı, kitabxananın əməkdaşlarının suallarını da cavablandırıblar. Muzeydə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş guşə maraqla qarşılanıb.

Qeyd edək ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli şair, nasir, dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş silsilə tədbirlər planı hazırlayıb. Tədbirlər planında kitab sərgiləri açmaq, oxucularla söhbət-mühazirələr aparmaq, biblioqrafik vəsaitlər və elektron resurslar hazırlamaq, habelə ədəbi-bədii gecə təşkil etmək nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.