CƏMİYYƏT
Gənclərin İnkişaf və Karyera Mərkəzinin mütəxəssisləri üçün keçirilən “İnkişaf təlimləri” yekunlaşıb
Bakı, 20 may, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəliklərində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün təşkil etdiyi dördgünlük “İnkişaf təlimləri”nin işinə yekun vurulub.
Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, məqsəd əməkdaşların motivasiya və iş keyfiyyətinin artırılması, öyrəndikləri yeni biliklərin regionlarda tətbiqi və bu mövzularda təlimlərin region gəncləri üçün təşkil edilməsidir.
“İctimaiyyətlə əlaqələr”, “Sosial media işinin təşkili” və “Paylaşımın vizualları - foto, video və qrafik dizayn” bölmələrinə həsr olunan təlimin son günündə sosial şəbəkələrdəki trendlər və həştəqlər, düzgün məkan və zaman anlayışı haqqında müzakirələr aparılıb.
Sonra əməkdaşlar “Öz brendini yarat” tapşırığı üçün üç qrupa bölünüblər. Sonda qrupların ideyaları müzakirə edilib.
Təlimlər dörd gün davam edib.