ELM VƏ TƏHSİL
Gənclərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə intellektual müsabiqələr təşkil ediləcək
Bakı, 23 iyul, AZƏRTAC
Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqələr təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı Sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, Təhsil, Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət qurumları bu müsabiqələrin keçirilməsini mütəmadi olaraq icra etməlidir.