DÜNYA
Ukraynanın iri gil şirkəti İspaniyada istehsal xəttini işə salır
Madrid, 5 iyul, AZƏRTAC
Ukraynanın mədən şirkəti Vesco keramika sənayesində ən çox gil istehlakçısı olan İspaniyada istehsal xəttini işə salır.
AZƏRTAC xəbər verir ki, dünyada ikinci ən böyük gil istehsalçısı olan Ukraynanın “Vesco” şirkəti Andorranın Teruel şəhərinə yeddi milyon avro investisiya qoymağı və yüz iş yeri yaratmağı planlaşdırır. Vesco mədən sənayesində böyük təcrübəyə malikdir və Ukraynadan ən azı iki yeraltı kompleks və köməkçi maşın almaq və nəql etməyi planlaşdırır.
Araqon hökumətinin vitse-prezidenti və sənaye, rəqabətqabiliyyətlilik və biznesin inkişafı üzrə regional naziri Arturo Alyaqa əraziyə səfəri zamanı Terueldə 100 iş yeri yaradacaq və regionu qlobal gil ixracatçısına çevirəcək dünya lideri gil şirkətinin əhəmiyyətini vurğulayıb.
Ukraynanın Vesco şirkəti 17 karxanadan hasil edilən ildə 3,5 milyon ton gil istehsal həcmi ilə ağ plastik gil bazarının dünya reytinqində ikinci yeri tutur. İyirmidən çox ölkəyə gil ixrac edən şirkətin gəliri ildə 200 milyon avrodan çoxdur. Bundan əlavə, Vesco unikal mineraloji xüsusiyyətlərinə və yüksək plastikliyinə görə dünyada yüksək keyfiyyətli gil ehtiyatlarının ən böyük sahibidir (400 milyon tondan çox).
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid