MƏDƏNİYYƏT
Görkəmli bəstəkarın yaradıcılıq gecəsi keçiriləcək
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti, professor Musa Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gecədə geniş intellektə, zəngin dünyagörüşünə malik sənətkarın həyat və yaradıcılığından söz açılacaq. Onun dünya şöhrətli bəstəkarımız Qara Qarayevin yetirməsi kimi zəngin istedad sahibi olduğu, bir sıra simfoniya, kamera-instrumental və kamera-vokal əsərlərin müəllifi kimi tanındığı diqqətə çatdırılacaq.
Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]