REGİONLAR
Göyçayda təşkil edilən qəbul imtahanında heç bir qanun pozuntusuna yol verilməyib
Göyçay, 18 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 18-də Göyçay rayonunda 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 6 rayondan 1162 abituriyent iştirak edib.
DİM-in Göyçay regional bölməsinin böyük məsləhətçisi Müşviq İsrayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəbul imtahanları iki yerdə - Göyçay şəhər 1 və 7 nömrəli tam orta məktəblərində keçirilib. Qəbul imtahanı saat 11-dən 14-dək davam edib.
İmtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 98 nəzarətçi-müəllim ayrılıb.
İmtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıta səfərdə olub
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]