MƏDƏNİYYƏT


“Gözəl yurdum Azərbaycan” adlı konsert proqramı təqdim edilib

Bakı, 17 dekabr, AZƏRTAC

Xəzər Universitetində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyevin “Gözəl yurdum Azərbaycan” adlı konserti olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konsert Cümhuriyyətin 100, ümummilli liderimiz Heydər Əliyevin 95 illiyinə həsr edilib.

Konsert proqramından öncə Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova Azərbaycan musiqi dünyasının zənginliklərindən söhbət açaraq mahnılarımızın istər ölkə səviyyəsində, istərsə də ölkəmizdən kənarlarda sevilə-sevilə dinlənildiyini vurğulayıb.

Sonra konsert proqramı təqdim edilib.

“İlahə” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, pedaqoq, tarzən Elməddin Rəsulovun özünəməxsus çıxışı konsert proqramına xüsusi rəng qatıb. Konsertin maraqlı məqamlarından biri də royalda Aytən İbrahimova, tarzən Elməddin Rəsulov və nağarada Hüseyn Məlikovun müşayiəti ilə trio şəklində səsləndirilən “Azərbaycan” xalq rəqsi olub.

Tədbir çərçivəsində vətənimizi tərənnüm edən maraqlı videoçarxlar nümayiş edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.