İDMAN


Güləş üzrə açıq respublika turniri davam edir

Bakı, 12 yanvar, AZƏRTAC

Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 22-ci açıq respublika turniri davan edir.

AZƏRTAC xəbər verir ki, yarış 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

İyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramında yer alan altı (45, 48, 51, 55, 60 və 65 kq) çəki dərəcəsi üzrə keçirilən mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.

Turnirin ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.