İDMAN
Güləşçimiz Rafiq Hüseynov Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlib. Güləşçimiz dörddəbir finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak etmək imkanı qazanıb. Onun rəqibi Tunis idmançısı Lamjed Maafi olacaq.
Təsəlliverici görüş avqustun 3-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]