REGİONLAR
Gülüstan türbəsinədək ekstremal yürüşdə 70-ə yaxın şagird iştirak edib
Culfa, 23 noyabr, AZƏRTAC
Culfa rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Bayraq meydanından Gülüstan türbəsinədək ekstremal yürüş təşkil olunub. Yürüşdə 70-ə yaxın şagird iştirak edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir Culfa Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin, rayon təhsil şöbəsinin və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Oyunları Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yürüşdə Abbas Məmmədov l, Seymur İbrahimzadə ll, Elmar Tağıyev isə lll yerə layiq görülüblər.
Qalib idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.