MƏDƏNİYYƏT
“Günay” studiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
Bakı, 12 avqust, AZƏRTAC
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” studiyası Soçidə keçirilən XX Beynəlxalq “Yaradıcılığın Olimpində” festival-müsabiqədən Vətənə beş mükafatla dönüb.
AZƏRTAC xəbər verir ki, festival-müsabiqə Krasnodar vilayətinin Gənclər Siyasəti, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.
“Günay” studiyası beynəlxalq festivala müsabiqənin təşkilatçısı “İstedadların Atəşfəşanlığı” uşaq və gənclər yaradıcılıq birliyi tərəfindən rəsmən dəvət edilib.
18 kollektivin qatıldığı müsabiqədə ölkəmiz 12 nəfərdən ibarət kollektivlə təmsil olunub.
Belə ki, kollektivimiz Azərbaycan incəsənətini beynəlxalq arenada layiqincə təmsil edərək teatr nominasiyası, yaradıcılıq, solo rəqs, ansambl və ən yaxşı kostyum nominasiyaları üzrə diplomlarla təltif edilib.