DÜNYA


Günəş sistemindən kənarda yeni cırtdan planet aşkar edilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Astronomlar Günəş sistemində sirli “iks planetini” tapmağa çalışarkən daha bir cırtdan planet aşkar ediblər.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə “Astronomical Journal” nəşrində məlumat yer alıb. Vaşinqtonda Karnegi Elmlər İnstitutundan Skott Şeppard bildirib ki, bu cür planetləri, mahiyyətcə, kosmik yol işarəsi adlandırmaq olar. Onun sözlərinə görə, bunlar “iks planetinə” yolu göstərir. Onlardan nə qədər çox tapılarsa, Günəş sisteminin ətrafının quruluşunu bir o qədər çox öyrənmək olar.

Son illər alimlər Günəş sisteminin kənarında bir neçə cırtdan planet və obyekt aşkar etməklə Neptun və Pluton orbitlərindən kənarda “həyatın” sona çatmadığını, daha böyük məsafədə nəhəng səma cisimlərinə rast gəlməyin mümkünlüyünü sübut ediblər. Belə ki, 2014-cü ildə S.Şeppard və onun həmkarı Çad Truxilo Günəşdən 12 milyard kilometr məsafədə Bayden plutoidi, 2015-ci ildə daha uzaq məsafədə V774104 planetini kəşf ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.