SİYASƏT


Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Xorvatiya səfərinə geniş yer verib

Tbilisi, 7 sentyabr, AZƏRTAC

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfərini geniş işıqlandırıb.

Böyük oxucu auditoriyasına malik http://kavkasia.net/ portalı AZƏRTAC-a istinadla səfər haqqında silsilə materiallar yayımlayıb.

Xəbərlərdə Prezident İlham Əliyevin Xorvatiyadakı çıxışlarından sitatlar yer alıb. Dövlətimizin başçısının Azərbaycanda qaz ehtiyatlarının 2,6 trilyon kubmetr təşkil etdiyi, qaz hasilatının artırılması, təbii qazın Avropaya nəqlinin coğrafiyasının genişləndirilməsi, Cənub Qaz Dəhlizi, TAP və TANAP barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.

Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı, NATO ilə münasibətlərinin yüksək səviyyədə olması, ölkəmizin regional əlaqələrə, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfə xüsusi qeyd edilib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.