İQTİSADİYYAT


Gürcüstan qaz tədarükünü artırmaq üçün Rusiyadan “mavi yanacaq” ala bilər

Tbilisi, 14 fevral, AZƏRTAC

Gürcüstan təbii qaza olan tələbatını tam ödəmək və qaz tədarükünün şaxələndirilməsi məqsədilə Rusiyadan “mavi yanacaq” ala bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia parlamentin İqtisadi siyasət komitəsinin iclasındakı çıxışı zamanı söyləyib.

Nazir deyib ki, qaz tədarükünün şaxələndirilməsi və optimizasiyası vacib təşəbbüsdür: “Biz bir deyil, daha çox tədarükçünün olması üçün şərait yaratmaq istəyirik. Bu məqsədlə Rusiya ilə danışıqlar aparırıq və ola bilsin ki, müəyyən həcmdə onlardan qaz alacağıq. Hazırda şərtlərin yaxşılaşdırılması istiqamətində danışıqlar davam edir”.

G.Kobulia vurğulayıb ki, “Qazprom” şirkəti ilə həm tranzit, həm də tədarüklə bağlı danışıqlar aparılır: “Bu, bizim şirkətlərə və əhaliyə qazı daha da aşağı qiymətə əldə etməyə imkan verəcək. Bununla bağlı potensial var və biz bunu, ola bilsin ki, hətta bu il əldə edəcəyik”.

Məlumat üçün qeyd edək ki, Gürcüstan təbii qaz ehtiyatını idxal hesabına təmin edir. 2019-cu ildə ölkənin 2 milyard 559,6 milyon kubmetr həcmində qaz istehlak edəcəyi proqnozlaşdırılır. Gürcüstan bu həcmin böyük hissəsini Azərbaycandan alır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.