DÜNYA
Gürcüstanda koronavirusa yoluxma hallarının 50 faizində Britaniya ştammı aşkarlanıb
Tbilisi, 13 aprel, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma hallarının 50 faizində Britaniya ştammı aşkarlanıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Bildirilib ki, Britaniya ştammını virusun mutasiya etmiş digər növlərindən fərqləndirən əsas cəhət onun insandan insana daha tez ötürülməsidir.
İnfeksionist qeyd edib ki, Gürcüstanda digər ştammlara yoluxma faktı təsdiqlənməyib.
Qeyd edək ki, son sutka ərzində ölkədə 37 min 524 nəfər koronavirusa qarşı test olunub və nəticədə 1374 nəfərdə COVID-19-a yoluxma halı təsdiqlənib.
Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 290 min 129-a çatıb.
Bu virusa yoluxmuş insanların 278 min 251-i sağalıb.
Gürcüstanda pandemiya qurbanlarının da sayı daha 11 fakt artaraq 3 894-ə çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi