DÜNYA
Gürcüstanda koronavirusun 5-ci dalğası gözlənilir
Tbilisi, 7 sentyabr, AZƏRTAC
“Gürcüstanda koronavirusun 5-ci dalğası gözlənilir. Amma düşünürəm ki, bu dalğa 3-cü və 4-cü dalğalar kimi ağır olmayacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, baş infeksionist Tengiz Tsertsivadze məlumat verib.
Onun sözlərinə görə, ölkə epidemiyanın ən çətin günlərini artıq geridə qoyub.
“Bununla belə, təhlükə hər zaman var və arxayınlaşmaq olmaz. Tibbi maskadan maksimum dərəcədə istifadə etmək və vaksinasiya olunmaq vacibdir”, - deyə baş infeksionist vurğulayıb.
Qeyd edək ki, son sutkada Gürcüstanda daha 1965 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb, 50 nəfər isə ölüb.
Bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 567 min 933-ə, sagalanların sayı 523 min 669-a, pandemiya qurbanlarının sayı isə 7 min 917-yə çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]