DÜNYA


Gürcüstanda növbəti seçkilər proporsional sistem üzrə keçiriləcək

Tbilisi, 7 iyul, AZƏRTAC

Gürcüstanın seçki sistemində dəyişiklik ediləcək. Bunla bağlı Seçki Məcəlləsində dəyişiklik olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze məlumat verib.

Bildirilib ki, hakim partiya bununla bağlı üzərinə siyasi öhdəlik götürüb.

Onun sözlərinə görə, 2024-cü ildə parlament və növbəti seçkilərin tam olaraq proporsional sistem və 2 faizli seçki baryeri ilə keçirilməsini nəzərdə tutan qanun qəbul olunacaq. Gürcüstan parlamenti qanunu ölkənin Avropa İttifaqına üzvlüyə namizəd statusu almasından sonra ən geci bir aydan sonra qəbul edəcək.

O qeyd edib ki, bununla bağlı siyasi öhdəliyi “Gürcü Arzusu”nun Siyasi Şurası və parlament çoxluğu öz üzərinə götürür.

İrakli Kobaxidze bildirib ki, Gürcüstanın üzvlüyə namizəd statusu əldə etməsi əvvəlcə ölkədə qütbləşmənin səviyyəsini azaltmağa, daha sonra seçki baryerinin aşağı salınmasına kömək edəcək.

Qeyd edək ki, Gürcüstanda 2020-ci ilin oktyabr ayında keçirilən son parlament seçkilərində deputatların 120-si proporsional, 30-u isə majoritar sistem üzrə seçilib.

 
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.