SİYASƏT
Gürcüstanın tanınmış hüquqşünası Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını pisləyib
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Gürcüstanın tanınmış hüquqşünası, vəkil Levani Tsalugelaşvili Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını və bölgədəki pozuculuq fəaliyyətini qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, L.Tsalugelaşvili bununla bağlı feysbuk səhifəsində paylaşım edib.
Hüquqşünas yazır: “Ermənistan təcavüzünü və qonşu ölkə Azərbaycanın tarixi ərazisinin işğalını dərhal dayandırmalıdır. Ölkələr BMT-nin beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmət etməyi öyrənməyincə, həmişə xaos, dağıntılar, günahsız, dinc insanların öldürülməsi və hər cür fəlakət olacaq”.
Vəkil deyib ki, ermənilərin təxribatçı hərəkətləri təkcə Ermənistan üçün deyil, region üçün də təhlükədir. Erməni xalqı başa düşməlidir ki, çıxış yolu yalnız sülhdür.
AZƏRTAC-ın xüsusi müxbiri