CƏMİYYƏT
Hacı Ali Polat: Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışındakı çıxışında Türkiyəyə sonsuz sevgisini bir daha ifadə etdi
Rize, 15 may , AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə bugünkü səfəri tarixi bir günə təsadüf etdi. Can Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi qardaşlığımızın və birliyimizin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Həqiqətən də bu tarixi gün heç vaxt yaddaşlardan silinməyəcək izlər buraxdı.
Bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Bayburt vilayət təşkilatının sədri Hacı Ali Polat AZƏRTAC-a açıqlamasında ifadə edib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Hacı Ali Polat Azərbaycan-Türkiyə qardaşlığının nəsillərə örnək olduğunu diqqətə çatdıraraq deyib: “Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışındakı çıxışında Türkiyəyə sonsuz sevgisini bir daha ifadə etdi. Can Azərbaycanın şanlı Qarabağ Zəfərindən nə qədər qürur duymuşduqsa, bugünkü tarixi səfərdən də eyni dərəcədə iftixar hissi keçirdik”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Rize