MƏDƏNİYYƏT


“Həddən artıq uyğunluq” filminin çəkilişləri davam edir

Bakı, 12 yanvar, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin çəkilişləri davam edir.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifləri Aleksandr Mərdan və Ramiz Fətəliyev, quruluşçu rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Xalq Artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

Filmin çəkilişləri ABŞ-da və Azərbaycanda aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.