SİYASƏT


Hərbi Dəniz Qüvvələrində unudulmaz generallarımızın xatirəsi yad edilib

Bakı, 29 aprel, AZƏRTAC 

Hərbi Dəniz Qüvvələrində (HDQ) 1918-1920-ci illərdə Azərbaycan Ordusunun ilk nizami hissələrinin yaranmasında əvəzsiz xidmətləri olmuş generallarımızın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Tədbirdə çıxış edənlər unudulmaz sərkərdələrimiz Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məmmədbəy Sulkeviçin keçdikləri döyüş yolundan və Azərbaycan Ordusunun ilk nizami hissələrinin yaradılmasında göstərdikləri fədakarlıqdan danışıblar.

Sonra generallarımızın xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbir Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin vətənpərvərlik mövzusunda təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.