SİYASƏT


Hərbi məktəbdə yeni tədris dövrünün başlanması ilə bağlı tədbir keçirilib VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni tədris dövrünün başlanması ilə bağlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor-müəllim heyəti çıxış edərək Azərbaycan Ordusunun qazandığı nailiyyətlərin davam etdirilməsi məqsədilə qarşıya qoyulan tələb və tapşırıqları bundan sonra da böyük həvəs və inamla yerinə yetirəcəklərini deyib. Onlar Ordumuzun daha da inkişafı naminə müasir tələblərə cavab verəcək peşəkar zabit heyətinin hazırlanmasında, formalaşmasında səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Kursantlar öz növbəsində qeyd ediblər ki, təhsil aldıqları müddətdə müəllim-professor heyəti tərəfindən tədris olunan fənləri dərindən mənimsəyəcək, nəzəri biliklərini və praktiki bacarıqlarını məşğələlərdə daha da təkmilləşdirəcəklər.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.