SİYASƏT


Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb VİDEO

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə N saylı hərbi hissədə keçirilən təlim toplanışları başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanışın əsas məqsədi Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş vərdişlərini və hərbi ixtisas biliklərini təkmilləşdirməklə yanaşı, Ordumuzun arsenalındakı müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını, döyüş tətbiqi üsullarını öyrətməkdir.

Toplanışa cəlb olunan hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan praktiki atəş çalışmalarını yerinə yetiriblər. İştirakçılara hücum və müdafiə döyüşlərinin əsasları, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə əməliyyatların aparılması üsulları öyrədilib. Tank bölmələri ilə birgə şərti düşmən mövqelərinin ələ keçirilməsi və ərazidə yenidən tərtiblənmə üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim-məşqlərin ssenarisinə uyğun olaraq yaşayış məntəqələrində axtarış aparan və aşkarlanan kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqları da icra edilib. Ümumiyyətlə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Toplanış konsert proqramı ilə başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.