DÜNYA
Həsən Ruhani: İran nüvə silahı hazırlamaq niyyətində deyil
Tehran, 17 fevral, AZƏRTAC
Biz dəfələrlə bəyan etmişik ki, İran kütləvi qırğın silahı, o cümlədən nüvə silahı hazırlamaq niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Prezidenti Həsən Ruhani televiziya çıxışında deyib.
O bildirib ki, İran “Nüvə silahının yayılmaması haqqında” müqavilənin iştirakçısıdır. Bu səbəbdən İran nüvə silahını hazırlamaq, saxlamaq və istifadə etmək fikrində deyil.
Prezident onu da nəzərə çatdırıb ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi kütləvi qırğın silahlarının haram olması haqqında fətva verib və bu tip silahların hazırlanmasını qadağan edib.
H.Ruhani diqqətə çatdırıb ki, İran nə bu gün, nə dünən nə də gələcəkdə məxfi şəkildə nüvə fəaliyyəti ilə məşğul olmayıb və olmayacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]