REGİONLAR


“Heydər Əliyev Kuboku” uğrunda minifutbol turnirinə start verilib

Naxçıvan, 26 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin üzvlərinin iştirakı ilə “Heydər Əliyev Kuboku” uğrunda minifutbol turnirinə start verilib. 18-35 yaşlı partiya üzvlərini əhatə edən turnirdə kollektivlər Olimpiya sisteminə əsasən mübarizə aparırlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarış Uzunoba Təlim-Məşq İdman Kompleksinin üstüörtülü minifutbol meydançasında keçirilir.

Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyası tərəfindən təşkil olunan yarışın məqsədi ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, gənc partiya üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və minifutbola olan marağın artırılmasıdır.

Səkkiz komandanın qatıldığı yarışda üçüncülük uğrunda Babək-Şərur, finalda isə Şahbuz-Culfa qarşılaşmaları keçiriləcək. İlk üçlükdəki komandalar mükafatlandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.