DÜNYA
Hindistanda atəşfəşanlıq vasitələri istehsal edən fabrikdə partlayış olub, ölənlər var
Bakı, 3 iyul, AZƏRTAC
Hindistanın cənubunda Tellinqana ştatında atəşfəşanlıq vasitələri istehsal edən fabrikdə partlayış nəticəsində azı 10 nəfər ölüb. Bu barədə “India Today” qəzeti məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, partlayış və onun ardınca baş verən güclü yanğın müəssisənin istehsal sexini tamamilə dağıdıb. Şahidlərin söylədiyinə görə, ölənlərin cəsədləri dağılmış binanın onlarca metr kənarında tapılıb.
Hadisə yerində yanğınsöndürən və təcili yardım briqadaları işləyir. Partlayış nəticəsində bir neçə nəfər ağır yaralanıb. Hökumət orqanları faciə qurbanlarının sayının artacağından ehtiyatlanır, çünki qəza vaxtı sexdə olanların sayı barədə dəqiq məlumat yoxdur.
Hadisənin səbəbi məlum deyil, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]