DÜNYA
Hindistanda daşqınlar nəticəsində bir milyondan çox insan zərər çəkib
Bakı, 17 iyun, AZƏRTAC
Hindistanın şimal-şərqindəki Assam ştatında musson yağışlarının səbəb olduğu güclü daşqınlar nəticəsində dörd nəfər həlak olub.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, Brahmaputra çayı və onun qolları məcrasından çıxıb, su basmış zonada azı 1,1 milyon insan qalıb.
Telekanalın məlumatına görə, sel suları təxminən 20 min hektar əkin sahəsini basıb, 1510 kənd su altında qalıb. Daşqınlardan zərər çəkən rayonların hakimiyyət orqanları ciddi zərurət olmadığı təqdirdə insanları evlərindən çıxmamağa çağırıb.
Assamla yanaşı, qonşu Arunaçal-Pradeş və Meqhalaya ştatlarında da şiddətli leysan yağıb. Təbii fəlakətlə mübarizə üzrə bütün qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]