DÜNYA


Hindistanda məbəddə baş verən bədbəxt hadisə nəticəsində ölənlərin sayı 35-ə çatıb VİDEO

Hindistanda məbəddə baş verən bədbəxt hadisə nəticəsində ölənlərin sayı 35-ə çatıb VİDEO

Pekin, 31 mart, AZƏRTAC

Hindistanın Madhya Pradeş ştatında məbəddə döşəmənin çökməsi nəticəsində quyuya düşərək ölənlərin sayı 35-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Hindistan NDTV kanalı məlumat yayıb.

İndor şəhərindəki mağara məbəddə zəvvarların sayının çoxluğu səbəbindən döşəmə çöküb və adamlar quyuya düşüblər.

Hadisə nəticəsində xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlər arasında qadınlar və uşaqlar da var. İtkin düşən bir nəfərin axtarışları davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.