DÜNYA


Hindistanda pandemiya qurbanlarının sayı 200 mini ötüb

Pekin, 28 aprel, AZƏRTAC

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 362 min yoluxma aşkarlanıb. Bununla da Hindistan dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu yeniləyib. Hindistanda ardıcıl 7 sutkadır ki, yoluxma sayı 300 mindən çoxdur.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 3 min 285 ölüm qeydə alınıb. Bu rəqəm pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olmaqla yanaşı, ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub. Hindistanda pandemiya qurbanlarının ümumi sayı 200 mini ötüb.

Qeyd edək ki, pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 17 milyon 988 min yoluxma qeydə alınıb. Hazırda ölkədə təxminən 3 milyon aktiv koronavirus xəstəsi var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.