DÜNYA
Hindistanda qayığın batması nəticəsində ölənlərin sayı 26-ya çatıb
Bakı, 15 yanvar, AZƏRTAC
Hindistanda Qanq çayında qayığın çevrilməsi nəticəsində həlak olanların sayı 26-ya yüksəlib.
AZƏRTAC xəbər verir ki, “France-Press” agentliyinin yaydığı məlumata görə, hadisə şənbə günü axşam Qanq çayının Bihar ştatı ərazisindən keçən hissəsində, Patna şəhəri yaxınlığında baş verib. Xilasedicilər gecə 22 cəsədi sudan çıxarıblar. Bu səhər isə daha 4 nəfərin cəsədi tapılıb.
Məlumatda qeyd olunur ki, 30 nəfər üçün nəzərdə tutulan qayığa 50-dən çox insan minib. Çaya düşənlərdən 10-12 nəfəri üzərək sahilə çıxa bilib. Daha 8 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]