MƏDƏNİYYƏT
“Hotel Stars” otellər assosiasiyasının yubiley hesabatında Azərbaycan təcrübəsi xüsusi alqışlanıb
Belqrad, 25 dekabr, AZƏRTAC
On il əvvəl Praqada təsis olunmuş və hazırda 17 üzv ölkəsi olan “Hotel Stars” otellər assosiasiyası yubiley tədbirini keçirib. Avropada fəaliyyət göstərən yüzlərlə otel, restoran və kafeni özündə birləşdirən qurumun məqsədi müxtəlif meyarlar üzrə bu xidmət obyektlərini qiymətləndirməkdir.
AZƏRTAC xəbər verir ki, yubiley hesabatında Azərbaycan və Gürcüstandakı turizmin son illərdəki fəaliyyəti də nəzərdən keçirilib. Qeyd olunub ki, hər iki ölkə hazırda mükəmməl qurulmuş otel və restoran xidmətləri ilə dünya ölkələrinə nümunə göstəriləcək səviyyədədir.
Assosiasiyanın 17 üzv ölkəsindən əlavə 8 müşahidəçi ölkəsi var. Bunlardan biri Azərbaycan, digərləri isə Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Polşa, Slovakiya və İspaniyadır. Müşahidəçi ölkələr ümumi toplantılarda iştirak edə bilər, lakin səsvermə hüquqları yoxdur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]