Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Hüseynbala Mirələmov: Çalışıram ki, ədəbiyyatımıza mən də öz töhfəmi verim

Bakı, 14 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

15 İyun - Milli Qurtuluş Günümüz! Bu günü xalqımız böyük coşqu ilə hər il qeyd edir və edəcək! Neçə dəfələrlə burulğana düşən, fırtınalardan, çarpışmalardan alnıaçıq çıxan bu Odlar Yurdu təlatümlərə sinə gərərək: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”-, dedi! XXI əsrin astanasında ay-ulduzlu bayrağımız yenidən igidlərin başı üzərində ucaldı! Elə ucaldı ki, Vətənimizin sədası yaxın-uzaq ellərə yayıldı! Hər kəs bu qadir ölkəni tanımağa məcbur oldu! Millətlər içərisində “millətimin imzası” görünməyə başladı.

Bu səadəti bizə bəxş edən dühanın adına Ulu Öndər, Ümummilli Lider dedik! Bu İnsan XX əsrin bağrından qopan, Tanrının Azərbaycana bəxş etdiyi böyük düha, yeni, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevdir. O öz adını əbədiyyətə və Azərbaycan xalqının tarixinə birdəfəlik XİLASKAR kimi həkk elədi!

Şairlərimiz, bəstəkarlarımız bu adı vəsf edərək, şəninə şeirlər, poemalar yazdılar, mahnılar bəstələdilər.

Bu şərəfli adın tərənnümçüsü olan qələm sahiblərindən biri, Ulu Öndərə silsilə romanlar, xatiratlar həsr edən, “İşığın izi ilə”, “Bir günəş var”, “Həqiqət”, “Millətin atası”, nəhayət, “Heydər Əliyev” monumental trilogiyasının müəllifi, Mili Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov əlamətdar bayram münasibətilə AZƏRTAC-a müsahibə verib. Müsahibədə həm də yazıçı-dramaturqun keçdiyi sənət yoluna işıq tutulur. Müsahibəni oxuculara təqdim edirik:

- Hüseynbala müəllim, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri, mühəndislər akademiyasının müxbir üzvüsünüz, texniki elmlər doktoru, professorsunuz. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirsiniz, Milli Məclisin deputatısınız. Eyni zamanda, Azərbaycan ədəbiyyatında silsilə romanlarınız var. Əsərləriniz əsasında tamaşalar hazırlanıb, filmlər çəkilib. Bizim üçün çox maraqlıdır, yazıçılığa necə başlamısınız?

-Hələ 4-cü sinifdə oxuyarkən “Azərbaycan pioneri” qəzetini sevə-sevə oxuyurdum. O qəzet məndə yazmağa maraq oyatdı və mən o qəzetə xırda məqalələr yazmağa başladım. Məqalələrim, demək olar ki, hər nömrədə çıxırdı. Kiçik həcmli məqalələrim əsasən məktəb və pioner həyatından, səyahətlərdən bəhs edirdi. Mən artıq o qəzetin tam ştatdan kənar müxbiri olmuşdum. Artıq yeddinci sinifdə oxuyanda ilk hekayəmi - “Bir tikə çörək” adlı hekayəmi yazdım və həmin qəzetə göndərdim. Hekayəni həm də Lənkəranda çıxan “Leninçi” qəzetinin redaksiyasına apardım. Yeddinci sinif uşağı olduğumu biləndə baş redaktor məni yanına dəvət edib sorğu-sual etdi. Sonra nəyəsə imza qoydu. Beləliklə, 1961-ci il noyabrın 7-də “Bir tikə çörək” adlı hekayəm “Leninçi” qəzetində çap olundu. O gündən də mənim ədəbi taleyim həll olundu. Bədii ədəbiyyata “Bir tikə çörək” adlı hekayəmlə cığır açdım.

Sonra hekayəmi “Azərbaycan pioneri” qəzetində də çap etdilər. Artıq orta məktəbdə oxuduğum illərdə “Azərbaycan gəncləri”ndə, “Azərbaycan pioneri” qəzetlərində, “Pioner” jurnalında, “Leninçi” qəzetində və bizim qonşu rayonlar Cəlilabadda, Lerikdə çıxan qəzetlərdə hekayələrim çap olunurdu və ünvanıma qalaq-qalaq oxucu məktublar gəlirdi.

Mən jurnalist, həm də filoloq olmaq istəyirdim. Orta məktəbi qızıl medalla qurtarmışdım. Riyaziyyatı da, ədəbiyyatı da çox gözəl bilirdim. Riyaziyyat, fizika müəllimlərim deyirdilər ki, sənin istedadın var, sən yazıçı ola bilərsən, sənin qabağını kim alır ki? Lakin əvvəlcə ya həkim, ya da mühəndis ol, sonra yazıçı ol. Mənim üçün A.Çexov, F.Dostoyevski, Ç.Aytmatov kimi bir neçə klassik yazıçını misal gətirirdilər ki, onlar başqa ixtisas sahibləri olsalar da, həm də böyük yazıçılar olublar. Beləliklə, necə deyərlər, onlar mənim saqqızımı oğurladılar, Azərbaycan Politexnik İnstitutuna sənədlərimi verdim və inşaat fakültəsinə qəbul olundum.

İnşaat fakültəsinə qəbul olunandan sonra 1965-ci ilin sentyabrında “Azərbaycan pioneri” qəzeti redaksiyasına getdim. O vaxt bu redaksiya “Baksovet” (indiki “İçərişəhər”) metrosu yaxınlığında beşmərtəbəli məşhur bir binada yerləşirdi. Baş redaktor Əmrah Əmrahov məni qəbul etdi və bütün şöbə müdirlərini - Əmir Mustafayev, Svetlana Nəcəfova, Məmməd Əkbərov, Hafiz Hüseynov, Akif Quliyev, Reyhan Əzimovanı yanına çağırdı.

-Yəqin ki, onlar sizi əsərlərinizdən tanıyırdılar?

-Bəli, hamısı məni qiyabi tanıyırdı. Əmrah müəllim elə oradaca ərizəmi aldı, məni ədəbiyyat şöbəsinə ədəbi işçi götürdü, iki aydan sonra isə baş ədəbi işçi oldum. Bu işdə bir az da püxtələşdim, bir az da formalaşdım. O vaxt bütün dövri mətbuatda - “Ulduz” jurnalında, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” qəzetlərində, “Pioner” jurnalında və başqa qəzetlərdə hekayələrim, yazılarım, povestlərim dərc olunurdu.

İnstitutu bitirib hərbi xidmətə getdim. Hərbi xidmətdən Lənkərana qayıdıb ixtisasım üzrə qaz tikinti-quraşdırma idarəsində işlədim. İş icraçısından başladım, həmin sahə üzrə nazir müavini vəzifəsinə qədər yüksəldim. İki il naziri əvəz etdim. Orada paralel olaraq elmi işlə məşğul olurdum. Mən qaz emalı zavodunda işləyə-işləyə elmi laboratoriya qurmuşdum. Elə elmlər namizədliyi, doktorluğu dissertasiyalarımı da o laboratoriyada işləyə-işləyə müdafiə etdim, pilot layihələri qurdum və bu layihələri doğrultdum. Demək istəyirəm ki, həm də elm sahəsində az-çox əsərlərim, dərsliklərim var. İndi də mühazirələr oxuyuram. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neftin, qazın saxlanılması və nəqli kafedrasının müdiriyəm. Uzun illər orada doktorluq dissertasiya şurasının sədri olmuşam. Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvüyəm. Rusiya Mədən Akademiyasının, Avropa Akademiyasının və s. üzvüyəm. Yəni demək istəyirəm ki, həm də elm sahəsində bu işləri paralel davam etdirirəm.

- Moskvanın “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından Sizin Ulu Öndərə, Zərifə xanıma və İlham Əliyevə həsr etdiyiniz məşhur “Heydər Əliyev” trilogiyanız var. Bu bir çox xalqların dillərinə tərcümə olunub. Həmin kitabı yazmaq ideyası Sizdə nə vaxt yarandı?

- “Görkəmli adamların həyatı” seriyasından yəni rus dilində JZL dedikləri seriya, tərcümeyi-hal seriyasıdır. 1890-cı ildə rus yazıçısı Pabliko tərəfindən əsası qoyulub. Uzun illər fasilə verəndən sonra 1933-cü ildə böyük rus yazıçısı Maksim Qorki tərəfindən davam etdirilib. Bu, çox məşhur bir seriyadır. Bu seriyada ancaq bəşəriyyətə özünün töhfəsini verən dahilər haqqında, böyük insanlar, mütəfəkkirlər, alimlər, siyasətçilər haqqında yazılan kitablar dərc olunur. Keçmiş SSRİ məkanında ən məşhur seriyadı bu, o kitabları da həmin bu “Görkəmli adamların həyatı” seriyasından Moskvada “Molodaya qvardiya” nəşriyyatı çap edir. Əlbəttə, mənim, eləcə də hər birimiz üçün, Azərbaycan xalqı, bütün türk dünyası üçün Ulu Öndər əvəzsiz bir fenomendir. Mən Ulu Öndər haqqında çox kitablar yazmışdım. “İşığın izi ilə”, “Bir günəş var”, “Həqiqət”, “Millətin atası”. Yəni Azərbaycanda çoxlu kitablarım çap olunmuşdu. Ancaq, bunlar məni qane etmirdi, bu mənada ki, Azərbaycanda yazılır, Azərbaycanda da oxunur. Bəşəri heyran qoyan bir İnsan haqqında nəsə etmək istəyi məni gecə-gündüz narahat edirdi. Onun səriştəli dünya siyasətçiləri ilə görüşləri, hər görüşdən müzəffər dönüşü, ən əsası isə bədnam qonşular ilə aramızda gedən elan olunmamış müharibədə atəşkəsə nail olması, axan qanları dayandırması, nəhayət, dünya siyasətçilərinin bu dahi şəxsiyyətə ehtiramı, xalqımızın ona qarşı məhəbbəti mənə daha böyük ideya verdi. Məndə ulu öndər Heydər Əliyevə layiqli kitab yazmaq zərurəti yarandı, içimdə məni narahat etməyə başladı. Fikirləşdim ki, o kitabı yazmaq lazımdı. Əlbəttə, çox götür-qoy elədim, gördüm ki, tək o kitabın öhdəsindən gələ bilmərəm. Mənim (indi rəhmətə gedib) Viktor Andriyanov adlı rus yazıçı dostum vardı. Ona müraciət etdim. Dedim, gəl, bunu bir yerdə yazaq, Moskva həyatını sən, qalanları da mən yazım. Biz razılaşdıq. Beləliklə, 2003-cü ildə başladıq kitabı yazmağa və işimiz uğurlu oldu.

Seriya həyatını dəyişən dahilər haqqındadır. Amma biz Moskvada çox çətinliklə bu kitabı çap etdik. Niyə? Biz kitabı hazır edəndən sonra, “Molodaya qvardiya” nəşriyyatı bir məsələ qaldırdı ki, bilirsiniz, Heydər Əliyevin dövrü üçün orada Brejnev, Andropov, Çernenko, Sokolov və digər şəxslər, habelə katiblər, sədrlər olub, amma onların çoxu haqqında bu seriyadan kitab yazılmayıb. İnanın, bizə çox mane olmaq istədilər və mane oldular da. Ancaq mən onların iradəsini sındırdım. Dedim ki, birincisi, sizin adlarını sadaladığınız bu adamlar əgər o seriyaya layiq olsaydılar, Rusiyada böyük yazıçılar, publisistlər çoxdur, yəqin ki, onlar çoxdan yazardılar. İkincisi də ki, yazmayıblarsa, burda mənim nə təqsirim. Nə isə, çoxlu mübahisələrə baxmayaraq biz bu işi həll etdik. 2005-ci ildə kitab çap olundu. Biz 2005-ci ildə kitab çıxandan sonra gördük ki, bir az natamamlıq var. Yenə biz işi davam etdirdik. 2006-cı ildə həmin kitabın ikinci nəşri Moskvada çap olundu. 2005-ci ildə çap olunan kitabın nəşri 10 min tirajla çıxıb və 23-24 çap vərəqi idisə, 2006-cı ildə çıxan bu kitaba on çap vərəqi həcmində əlavələr olunub və 34 çap vərəqi oldu. Düz on çap vərəqi də kitaba yeni səhifə artırdıq. Yeri gəlmişkən deyim ki, 2018-ci ildə Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə bu kitabın yenidən, yəni üçüncü nəşrini hazırlayıram. Bir az da təkmilləşdirib, genişləndirəcəyəm və Heydər Əliyevin 95 illiyi münasibətilə Moskvada, sonra Bakıda Azərbaycan variantını çap etdirəcəyəm. Kitabın çox uğurlu taleyi var. O kitab dünyanın 42 dilinə tərcümə olunub. Malayziyada Ramazan bayramından sonra o kitabın təqdimatı keçiriləcək. Hətta kitab bu il Qazaxıstanda da qazax dilində çap olunacaq. Bu il hələ ki, 3 dildə çap olunub. Mən güman edirəm ki, bu kitab nə qədər dil var, o dillərin hər birinə tərcümə olunacaq.

-Sizin yaradıcılığınızda əsasən romanlar çoxluq təşkil edir. Xüsusilə də tarixi romanlar. Ancaq ilk yaradıcılıq nümunələrinizdə uşaqlıq xatirələrinə daha çox üstünlük verirsiniz.

-Tamamilə doğru deyirsiniz. Əsərlərimin bəziləri uşaqlıq xatirələrimdən doğub. Lakin bəziləri isə bu gün, müasir dövrdə həyatda rast gəldiyim yüzlərlə-minlərlə hadisələrlə bağlıdır. Yəni yazdığım əsərlərin heç-biri elə-belə deyil. Uzun illərin müşahidələri, başıma gələn əhvalatlar, şahidi olduğum hadisələr və mənə danışılan, bayaq dediyim kimi, şikayət və müraciətlərdir.

-Əsərlərinizin adları çox şairanədir. Bəlkə, siz şeir də yazırsınız?

-Yox, mən şeir yazmıram. Amma mənim dilim, nəsr dilim, deyilənə görə bir çox oxucularımın sözünə görə lirik bir dil, şirin bir dildir. Məncə, yazıçının əsas keyfiyyətlərindən biri də əsərinin oxunaqlı olması və ən birincisi onun dil faktorudur. Yazıçının dili oxucunu öz arxasınca aparmasa, o yazıçının əsərləri çox çətin populyar olar.

-Yəqin bu səbəbdən rejissorların diqqətini çəkmisiniz. Sizin tamaşalarınız uzun illərdir teatr səhnələrindən düşmür. Məsələn, “Xəcalət” tamaşası neçə illərdir teatrların repertuarındadır...

-Bəli, “Xəcalət” tamaşam 12-13 ildir Milli Dram Teatrının səhnəsindən düşmür. Azərbaycanın bütün bölgələrində nümayiş etdirilib. Dünyanın ən azı 5-6 teatr festivalında oynanılıb, “Qran-Pri” mükafatı alıb və onların çoxunda da özüm iştirak etmişəm. Serbiyada, Yaltada “Teatr. Çexov. Yalta” festivalında, Türkiyədə və digər ölkələrdə festivallarda iştirak etmişəm. Dünyanın bir çox teatr festivallarında “Xəcalət” tamaşası “Qran-Pri” mükafatına layiq görülüb.

-Sizin “Son arzu”, “Tənha durna”, “Yeni həyat” əsərləriniz əsasında çəkilən filmlər də maraqla izlənilir...

-Bu filmlərin hər biri həyatda gördüyüm hadisələri əks etdirir. Məsələn, “Tənha durnanın uçuşu” mənim ilk gənclik xatirələrim ilə bağlıdır. “Yeni həyat” aşınmaqda olan mənəviyyatımızla bağlıdır. Əsasən mənəviyyatımızın aşınmaması keşiyində durmağa çalışmışam, istəmişəm bunun qarşısının alınmasında töhfəm olsun. Çünki mənəviyyatımız, siz də bilirsiniz ki, son vaxtlar aşağılanır, iflasa, deformasiyaya uğrayır. Ona görə də mən o əsərlərin çoxunda milli-mənəvi dəyərlərimizi qorumağa çalışıram. Heç olmasa beş adama bu əsərlər təsir etsə, yenə də bizim üçün böyük qələbədir.

-İndi hansı əsər üzərində işləyirsiniz?

-Hazırda “İki şah, iki sultan” roman-trilogiya üzərində çalışıram. İlk olaraq “Azərbaycan” jurnalının beşinci nömrəsində bir fəsli dərc edilib. O fəsil “Qazi Bürhanəddin səltənətinin süqutu” adlanır. Bilirsiniz ki, Qazi Bürhanəddin şair və dövrünün tanınmış şəxslərindən olub və onun haqqında Azərbaycan ədəbiyyatında heç nə yazılmayıb. Bunu ilk dəfə roman halında mən yazmışam. Bu əsəri yazıb başa çatdırmaq üzrəyəm. Deməli, trilogiyanın iki kitabı tam hazırdır. Birinci kitab “Qazi Bürhanəddin səltənətinin süqutu” adlanır, ikinci Uzun Həsən və Sara Xatun haqqındadır. Üçüncü romanım isə “Çaldırana gedən yol” adlanır və o da hazırdır. Bu romanda bütün qaranlıq, dolanbac yollara, məqamlara işıq salmağa çalışmışam. Türklər bir yana, bizimkilər bir yana yozur bu hadisələri. İndi siz təsəvvür edin ki, Roma papalarının (mən orda hamısını vermişəm) fitvası ilə iki türk dünyası bir-birini necə məhv edir? Biri zəifləyir, biri də sıradan çıxır. Düz iki dəfə. Təsəvvür eləyin, bir Şah İsmayıl Xətainin dövrü, bir də Uzun Həsənin dövrü.

-Siz bu mənbələri necə üzə çıxardınız?

-Bu əsərlər üzərində işləyərkən türk, ingilis dillərində həddindən artıq mənbələr tapmışam. Mənbələr Türkiyədədir, ingilislərin də böyük mənbələri var, hamısını əldə etmişəm, sonra, AMEA-nın Tarix İnstitutunun mənbələrindən çox istifadə etmişəm. Deməli iki-üç aya o romanı hazırlayıb qurtarıram. İstərdim biləsiniz ki, biz Roma papalarının fitvası ilə uduzmuşuq. Təsəvvür edin ki, onlar həm bizimkilərdən, həm də türklərdən qorxublar. Yeganə çıxış yolu kimi fikirləşiblər ki, bunları necə salaq bir-birinin üstünə, zəiflədək və məhv edək, Avropa rahat nəfəs alsın. Onu da deyim ki, Yıldırım Bəyazid dövründə XIV-XV əsrin əvvəllərində xaç yürüşü olub, osmanlıların, türklərin üstünə “səlib” yürüşü olub. O yürüşü də Macarıstan kralı başçılıq edib. Yıldırım Bəyazidin oğlu on min qoşunla bütün “səlib” yürüşünü darmadağın edib. Həmin orduya başçılıq edən Macarıstan kralı canını götürüb zorla aradan çıxıb gəmi ilə. Çox maraqlı şeylər var tarixdə. Onlar dünya imperatoru adlanan Əmir Teymurdan çox qorxurdular. Bunlar nə etdilər? Heç bir səbəbi olmadan xırda hadisələr üzündən Yıldırım Bəyazidlə Əmir Teymuru üz-üzə qoydular. Əmir Teymur gəldi 1402-ci ildə Ankara yaxınlığında Yıldırım Bəyazıdın qoşunlarını darmadağın etdi, özünü, oğlanlarını əsir etdi, böyük rüsvayçılıq oldu. Qəfəs haqqında əfsanə o vaxt yarandı...Bax bunların hamısı mənim romanımda yer alıb, romanımda təsvirini vermişəm...

-Bu, tarixi faciədir, indiyəcən nə üçün açan olmayıb?

-Bəli, indiyədək bədii əsərlərdə bu tarixi faktlar açılmayıb. Tarixdə mənbələrdə yazılır ki, Yıldırım Bəyazid Allaha yalvarırdı ki, sən məni tez öldür. Doğrudan da on günün içində o dünyasını dəyişir. Bu zaman Əmir Teymur bərk ağlayır. Sonra tapşırır ki, gedin onu sultanlara layiq şəkildə dəfn edin. Həmin bu hadisələr mənim romanımda yer alır, mən açmışam bu hadisələri, burda bütün günahların hamısı o zamankı Roma papalarındadır. Bu hadisə xırda bir şey üstündə baş verib, bir yandan Sultan Yıldırım Bəyazidi, o biri yandan Əmir Teymuru qızışdırıblar. Təhqiramiz məktublar yazıblar bir-birinə, onları tapıb oxumuşam. Mən bunların səbəblərini açıram ki, niyə baş verməliydi bu hadisələr? Bunların hamısını Avropa edir, onları vuruşdurur ki, özü qalsın qıraqda və məhv olmasınlar.

-Yəni biz tariximizi bilsək, bu gün o səhvləri etmərik. Babalarımızın səhvlərini biz açmalı və gənclərimizə, gənc siyasətçilərimizə göstərməliyik. Yəni, onlara ibrət dərsi olmalıdır bu tarix. Siz bunumu açmaq istəmisiz?

-Söhbət elə bundan gedir. Mən hələ, nə tapmışam, bu Roma papalarını tədqiq edəndə? Sən demə 980-ci ildə Roma papalarından biri qadın imiş. Romanda yazmışam, İanessa Papessa adlı hökmdar olur. Deməli, bu qəşəng bir qadın olur və rahiblərin biri ilə gizli izdivaca girir, ana olmağa hazırlaşır. Amma qadın olduğunu xalqdan gizlədir. Paltarları geniş olduğundan hamiləliyi bilinmir. Bu zaman ölkədə taun xəstəliyi yayılır. Romada da qanuna görə, Papa küçələrə, meydanlara çıxmalı, vətəndaşlara yaxınlaşıb onlara ürək-dirək verməli, deməlidir ki, qorxmayın, çəkinməyin. Yağışlı dəhşətli bir gün olur və bu ana olmaq üzrədir. Amma o çıxmalıdır, onun başqa yolu yoxdur. Şiddətli yağış zamanı o huşunu itirir, yıxılır. Görürlər ki, bu qadın imiş... Bu hadisədən sonra Romada Papa seçəndə başqa tədbirlər görülməyə başlayır. Arxivləri axtaranda çox gizlinlər üzə çıxır.

-Maraqlı müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib