DÜNYA


İƏT Baş katibinin müavinlərinin seçkisi olub

İƏT Baş katibinin müavinlərinin seçkisi olub

Bakı, 18 mart, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının martın 16-17-də Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində keçirilmiş 49-cu sessiyasının gündəliyinə daxil edilmiş son məsələ - Baş katibin müavinlərinin seçilməsi müzakirə olunub.

Təşkilatın Baş katibliyindən AZƏRTAC-a bildiriblər ki, üzv ölkələrin nazirləri İƏT Baş katibinin 6 müavininin namizədliyini təsdiq ediblər. Fələstin Dövlətinin təmsilçisi Samir Bəkr Diab Baş katibin Fələstin və Qüds məsələləri, Səudiyyə Ərəbistanından olan Yusif Al-Dubey Baş katibin siyasi məsələlər, Sudandan olan Tariq Əli Baxit Baş katibin humanitar, mədəni və sosial məsələlər, Uqandadan olan Əhməd Sengendo Baş katibin iqtisadi məsələlər, Pakistandan olan Aftab Əhməd Xoxer Baş katibin elm və texnologiya, Türkiyədən olan Musa Kulaklıkaya Baş katibin inzibati və maliyyə məsələləri üzrə müavinləri vəzifələrinə seçiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.