REGİONLAR
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Ağdama gəlib
Ağdam, 17 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdama faktaraşdırıcı səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Ermənistanın Azərbaycana qarşı törətdiyi vandalizm halları ilə bağlı yerində araşdırma aparacaq, tarixi və mədəni abidələrin dağıdılması və məhv edilməsi barədə faktlarla tanış olacaq. Faktaraşdırıcı missiya ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilir.