SİYASƏT


İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar

Füzuli, 18 may, AZƏRTAC

Mayın 18-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlara beynəlxalq hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, Qarabağın “hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Sonra qonaqlar Şuşa şəhərinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.