İFES-İN KEÇİRDİYİ SORĞU İQTİSADİ BAXIMDAN AZƏRBAYCAN ƏHALİSİNİN NİKBİNLİYİNİN ARTDIĞINI GÖSTƏRİR
AzerTAg.az
İFES-in Azərbaycan nümayəndəliyi demokratiya və idarəçiliyə münasibətlərlə əlaqədar yay ayları ərzində keçirdiyi ictimai rəy sorğusunun və fokus qrupları üzrə işin nəticələrini əks etdirən yekun hesabatını açıqlamışdır.
Nümayəndəlikdən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, 1620 nəfər arasında keçirilmiş sorğu əksər Azərbaycan vətəndaşlarının dövlətin iqtisadi inkişaf göstəricilərinə nikbinliklə yanaşdığını və respondentlərin 54 faizinin cari iqtisadi durumun yaxşı və ya çox yaxşı olduğunu bildirdiyini göstərir. Bu, İFES tərəfindən 2002-ci və 2003-cü illərdə keçirilən sorğu ilə müqayisədə nikbinliyin artdığını sübut edir, belə ki, əvvəlki sorğuların iştirakçılarının yalnız 27 faizini iqtisadi vəziyyəti qənaətbəxş kimi qiymətləndirmişdi. Builki sorğuda iştirak edənlərin 48 faizi iqtisadi vəziyyətin daha da yaxşılacağını və cəmi 7 faizi vəziyyətin pisləşəcəyini bildirmişdir. Bu məsələnin fokus qruplarında sonrakı təhlili göstərmişdir ki, bu nikbin ümidlər dövlətin neft gəlirlərinin bütün Azərbaycan vətəndaşlarına real iqtisadi fayda gətirəcəyinə dair əhalinin qənaətlərinə əsaslanmışdır.
Sorğu iştirakçılarının 40 faizi işsizliyi, 13 faizi aşağı həyat standartlarını problem kimi qiymətləndirir. 69 faiz isə ölkənin ən böyük probleminin Dağlıq Qarabağ məsələsi olduğunu hesab edir.
Xəbərin mətnində orfoqrafik səhv var