İDMAN
İQTİSADÇILAR ÜSTÜNLÜYÜ BRAZİLİYA FUTBOLÇULARINA VERİRLƏR
Konyunkturanın inkişafı barədə həmişə maraqlı proqnozlar verən institut bu dəfə belə qənaətə gəlmişdir ki, komandanın bazar dəyəri ilə idmanda nailiyyətləri arasında sübuta yetirilə bilən əlaqə var. Beləliklə, Ronaldinyu və Ronaldo başda olmaqla, Braziliya futbol ulduzlarının dəyəri 262,5 milyon avroya bərabərdir.
Müqayisə üçün qeyd edək ki, Almaniya komandasının dəyəri bu məbləğin yalnız yarısı qədərdir və deməli, o, dünya çempionatının 32 iştirakçısı arasında yalnız 9-cu yeri tutur.
KAİİ mütəxəssisləri iddia edirlər ki, iqtisadiyyat baxımından, Braziliya yığması finalda İtaliya komandasını məğlubiyyətə uğratmalıdır. Almanlar isə artıq dörddəbir finalda hollandiyalılara uduzacaqlar. Sonuncular isə üçüncü yer uğrunda mübarizədə ingilislərə qalib gələcəklər.
Köln iqtisadçıları öz cəsarətli ehtimalını ölkə çempionatının güclülər dəstəsində yenicə başa çatan mövsümün nəticələri ilə əsaslandırırlar. Belə ki, cədvəldə ilk altı yeri tutan komandalardan hər biri öz futbolçularına orta hesabla 37,3 milyon, sonrakı altı klub isə cəmi 16,8 milyon avro ödəyir. Bir halda ki, oyunçuların bazar dəyərini, əsasən, əməkhaqqı müəyyən edir, deməli, komandaların dünya çempionatında məhsuldarlığı və müvəffəqiyyəti barədə qənaətə gəlmək olar.