SİYASƏT


İRNA agentliyi Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri ilə bağlı material yayıb

Tehran, 18 noyabr, AZƏRTAC

İranın İRNA xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən Cəbrayıl rayonuna səfəri ilə bağlı material yayıb.

AZƏRTAC xəbər verir ki, materialda Prezident İlham Əliyevin Araz çayının sahili ilə, tarixi Xudafərin körpüsünün yanından keçərək işğaldan azad edilən Cəbrayıl şəhərinə getdiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Cəbrayıl rayonunun tam bərpa olunacağını bəyan edib. Bildirib ki, ermənilər Cəbrayıl rayonunu işğal etdikdən sonra buranı darmadağın ediblər. Lakin Azərbaycan dövləti yalnız Cəbrayıl rayonunu deyil, işğaldan azad olunan bütün rayonları bərpa edərək orada müasir infrastruktur yaradacaq.

Materialda Prezident İlham Əliyevin “Azərbaycan-İran sərhədi dostluq sərhədi olacaq” sözləri xüsusi vurğulanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.