DÜNYA
İŞİD-in Liviyada törətdiyi terror aktı nəticəsində ölənlər və yaralananlar var
Qahirə, 8 iyun, AZƏRTAC
İŞİD terror təşkilatının Liviyanın cənubunda yerləşən Səbha şəhərində törətdiyi partlayış nəticəsində 2 polisin həlak olduğu, 4 nəfərin yaralandığı bildirilir.
AZƏRTAC xəbər verir ki, terror aktını üzərində iki partlayıcı qurğu olan terrorçu-kamikadze törədib. Partlayış bir inzibati binanın önündəki yoxlama-keçid məntəqəsində baş verib. İnsidentdən sonra teleqram kanalında açıqlama verən İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Sülhün dayanıqlı olmadığı və hər an yeni münaqişənin baş verə biləcəyi Liviyada keçici hökumətə dəstək verən Misir İŞİD-in terror aktını qətiyyətlə pisləyən bəyanat yayıb. Rəsmi Qahirə təxribatların və terror aktlarının qarşısını almaq üçün Tripoliyə yardım göstərməyə hazır olduğunu bəyan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]