MƏDƏNİYYƏT
IV UŞAQ FOLKLOR MUSİQİSİ MÜSABİQƏSİNİN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
Bu münasibətlə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müsabiqənin final mərhələsi keçirilmişdir.
Tədbir başlanmazdan əvvəl müsabiqə iştirakçıları Fəxri xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanında əbədi məşəl xatirə kompleksinin önünə əklillər qoymuşlar.
Gənclər, idman və turizm naziri Əbülfəs Qarayev açaraq uşaq və yeniyetmələrdə folklor musiqisinə meylin gücləndirilməsində, fitri istedadların seçilməsində və nəzarətə götürülməsində belə tədbirlərin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, müsabiqəyə ölkəmizin 24 rayonundan 4 minə yaxın iştirakçı qatılmışdır. Onların arasından 200-dək uşaq və yeniyetmə final mərhələsinə vəsiqə qazanmışdır. Münsiflər heyəti bugünkü qalibləri həmin 200 nəfərin arasından seçəcəkdir.
Münsiflər heyəti qaliblərin adını elan etmişdir. Hər nominasiya üzrə ilk üç yeri tutan qaliblər (musiqi alətlərində kollektiv ifa nominasiyası üzrə birinci yer heç kimə verilməmişdir) İdman və Turizm Nazirliyinin və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin təsis etdikləri şəhadətnamə, diplom və xatirə medalları ilə təltif olunmuşdur.