ELM VƏ TƏHSİL
İXTİSASARTIRMA TƏHSİLİNDƏ YENİ MEXANİZMLƏRİN TƏTBİQİ İLƏ BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Müəllimlər İnstitutunda “İxtisasartırma təhsilində yeni mexanizmlərin tətbiqi, problemlər və perspektivlər” mövzusunda respublika elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, institutun rektor əvəzi Məmmədhənifə Musayev çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli Fərmanına uyğun olaraq ölkəmizdə ixtisasartırma, yenidənhazırlanma təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və onun əhəmiyyətindən danışmışdır.
Sonra prorektor Atəş Abdullayevin mövzu ilə bağlı məruzəsi dinlənilmişdir.
Çıxış edən digər natiqlər ixtisasartırma təhsilində yeni mexanizmlərin tətbiqi sahəsində qazanılan təcrübələrdən söhbət açmış, təkliflər vermişlər.
Konfransda pedaqoji ictimaiyyətə müraciət qəbul olunmuşdur.