İQTİSADİYYAT
İctimai nəqliyyatda etik davranış qaydalarını pozan 700-dək sürücü cərimələnib VİDEO
Bu il sərnişinlərə qarşı kobudluğa, eləcə də digər qanun pozuntularına yol verən təxminən 700-dək sürücü İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnib. Yol-nəqliyyat hadisəsi törətdiyinə görə isə 20-dək sürücü cəzalandırılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yükdaşımalarının Təşkili İdarəsinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov AZƏRTAC-a bildirib ki, bu cür halların qarşısının alınması, o cümlədən ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərin peşəkarlığının artırılması istiqamətində müəyyən tədbirlər görülür. Belə ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tədris-Kurs Kombinatında təcrübəli müəllim və təlim ustalarının iştirakı ilə tədris və məşğələlər keçirilir. Bu da öz müsbət nəticəsini verməkdədir.