İQTİSADİYYAT
İki ay ərzində keçirilən texniki baxış zamanı aşkarlanan radioelektron vasitələrin sayı açıqlanıb
Bakı, 19 mart, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) yanvar-fevral ayları ərzində 103 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirərək 44 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlayıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, onlardan 5-i möhürlənib, 44-nün qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciət edilib.