ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu Şuşa şəhərinin 270 illiyinə həsr olunan respublika elmi konfransı keçirəcək

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda mayın 5-də respublika elmi konfransı keçirəcək.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək. Tədbirin məqsədi şəhərin milli-mənəvi və sosial-mədəni irsinin tarix, ədəbiyyat, incəsənət, memarlıq, din və fəlsəfə kimi müxtəlif aspektlərdən araşdırılmasıdır.

Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Şuşanın Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, Şuşada dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır. Məqalələrin mətni Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində martın 17-dək [email protected] elektron ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.